Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Bankı rəqəmsal valyutasını yarada bilər

Rusiya Bankı (Mərkəzi Bank) rəqəmsal valyutasının dövriyyəyə buraxılması imkanlarını nəzərdən keçirir.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun sədri Elvira Nabiullina məlumat verib.

Bununla belə, onun sözlərinə görə, bu məsələnin yaxın vaxtlarda reallaşması mümkün olmayacaq. Hazırda Rusiya Bankı digər ölkələrin rəqəmsal valyuta ilə bağlı təcrübəsini öyrənir.

"Bu layihənin uğurla reallaşdırılması üçün etibarlı və yetkin texnologiya olmalıdır. Üstəlik, cəmiyyət nağdsız ödənişlərdən imtina etməyi bacarmalıdır", - deyə E.Nabiullina qeyd edib.

Son xəbərlər
Bütün xəbərlər »