Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putindən müharibə çağırışı: "Qüvvələrin birləşdirilməsi vacibdir”

Rusiya lideri Vladimir Putin dünya iqtisadiyyatında ədalətin yenidən bərpa edilməsi üçün qüvvələri birləşdirmək və qaydasız döyüşlərdən imtina etməklə bağlı çağırış edib.

Tacikistanın paytaxtı Düşımbədə Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri Konfransında çıxış edən Putin dünyada ticarət müharibələrinin alovlandığını, rəqiblərin bazardankənar üsullarla qorxudularaq aradan qaldırılmasına diqqət çəkib.

“İlk addım olaraq, ən azından, sosial və humanitar sahələrdə ticarətin məhdudlaşırılması və sanksiyaların aradan qaldırılması lazımdır. Burada əsas ehtiyac məhsulları, tibbi vasitələr və dərmanlardan söhbət gedir. Bu durumdan çıxış yolu tapmaq üçün qüvvələrin birləşdirilməsi vacibdir”, – Putin deyib.

Rusiya lideri qeyd edib ki, Asiya qitəsində təhlükəsizliyin təmin olunması üçün Koreya yarımadasında gərginliyin azaldılması lazımdır. Bu məsələdə isə sülh təşəbbüslərinə alternativ yoxdur: “Asiyada təhlükəsizliyin təmin edilməsi üçün başqa bir vəzifə isə Suriyada uzunmüddətli sabitliyi əldə etməkdir. Rusiya, İran və Türkiyənin Astana formatındakı koordinasiyası fayda verir. Birlikdə çalışaraq Suriya Konsitutsiya Komitəsinin işinin təşkili və başladılması başda olmaqla, Suriyadakı daxili proseslərin inkişafını təmin edəcəyik”. (publika.az)

Son xəbərlər
Bütün xəbərlər »