Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xərçəngə meydan oxuyan içki

Xar tutun kimyəvi tərkibi olduqca zəngindir – karotin, B qrupu vitaminləri,kalsium, fosfor, kalium, maqnezium, selen, sink, mis, orqanik turşular və s.

Sağlamolun.az-ın məlumatına görə, bu səbəbdən xar tut insan sağlamlığı üçün çox faydalıdır. Xar tut qanazlığı zamanı yardım edir, sinir sistemi, görmə üçün faydalıdır, immun və ürək-damar sistemlərini möhkəmləndirir, orqanizmi cavanlaşdırır.

Antioksidantlarla zəngin olan xar tutun istehlakı xərçəngin riskini də azaldır.

Xar tutdan hazırlanan içki “gənclik iksiri” də adlanır.

Lazım olanlar:

– 200 qr xar tut

– yarım ədəd limonun suyu

– 1 x.q şəkər tozu

Tutun saplaqlarını təmizləyin. Bol su ilə yuyun. Dərin bir qaba alıb üzərinə şəkəri əlavə edin. Çəngəllə əzərək püre halına gətirin. Daha sonra limon suyu əlavə edib süzgəcdən keçirin. Süzgəcdə qalan pürenin üzərinə bir fincan su əlavə edin onu da süzün. Əldə etdiyiniz içkinin yarı-yarıya su ilə qatın.

Son xəbərlər
Bütün xəbərlər »