Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sevgilisini yandıranın cinayət işi məhkəməyə göndərilib

Tovuzda qeyri-rəsmi münasibətdə olduğu qadını diri-diri yandırmaqda təqsirləndirilən Əflatun Məhərrəm oğlu Ələkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı məlum deyil.

Qeyd edək ki, hadisə bu il yanvarın 15-də Tovuzda baş verib. 1978-ci il təvəllüdlü Əflatun Məhərrəm oğlu Ələkbərov münasibətdə olduğu 1991-ci il təvəllüdlü Nüşabə Zeynaləbdin qızı Bayramovanın üstünə benzin tökərək yandırıb. Hadisə nəticəsində qadın ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Hadisə şəxsi mübahisə zəminində baş verib. Belə ki, qadın kafelərin birində işə düzəlib. Kişi isə onun kafedə işləməsinə etiraz edib. Lakin qadın onun sözünü dinləməyib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsilə cinayət işi başlanıb.

Paylaş »
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Yaponiyada "yaddaş silmək" təcrübəsi - Tibbdə maraqlı yenilik
››› Almaniya və Çexiyada "Omikron" ştammı aşkar edilib
››› Ermənistanda kriminal aləmin ondan çox nümayəndəsi saxlanılıb
››› Partlayış baş verən mədəninin direktoru həbs edilib
Son xəbərlər
Bütün xəbərlər »