Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Braziliya Amerika kubokuna qələbə ilə başlayıb

Braziliyada keçirilən futbol üzrə Amerika kubokuna start verilib.

APA-nın məlumatına görə, turnirin ilk günündə bir qarşılaşma keçirilib.

Açılış oyununda meydan sahibləri Boliviya ilə üz-üzə gəlib. Braziliya yığması rəqibin müqavimətini ikinci hissədə qıra bilib. Fasilədən sonra üç cavabsız qol vuran “sambaçılar” Amerika kubokuna qələbə ilə başlayıb.

Qeyd edək ki, A qrupunda Braziliya və Boliviya ilə yanaşı, Venesuela ilə Peru yığmaları mübarizə aparır.

Amerika kuboku

A qrupu

I tur

Braziliya – Boliviya – 3:0

Koutinyo, 50 (pen.), 53, Everton, 85

Son xəbərlər
Bütün xəbərlər »