Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniya da İranı tankerlərə hücumda ittiham etdi

Böyük Britaniya İranın İslam İnqilabı Keşikçiləri Korpusunu Oman körfəzində tankerlərə hücum etməkdə günahlandırıb.

RİA "Novosti" xəbər verir ki, bu barədə iddia Britaniya xarici siyasət idarəsinin (XİN) cümə günü axşam yaydığı bəyanatda yer alıb.

"Britaniya öz araşdırmasından sonra demək olar ki, müəyyən ehtimalla İran silahlı qüvvələri strukturlarından biri olan İslam İnqilabı Keşikçiləri Korpusunun iyunun 13-də iki tankerə hücum etdiyi qənaətinə gəlib. Dövlət tərəfindən dəstəklənməyən başqa heç kim buna görə məsuliyyət daşıya bilməz", - deyə XİN-in bəyanatında bildirilir.

İdarə iddia edir ki, İran bundan əvvəl də neft tankerlərinə hücum edib.

Xatırladaq ki, daha öncə ABŞ İranı tankerlərə hücumda ittiham etmişdi. (virtualaz.org)

Paylaş »
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
Son xəbərlər
Bütün xəbərlər »