Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Çernobıl" serialının doğru və yanlışları - Foto
Serialdakı adıçəkilən Aleksey Ananenko danışır

Ananenko, Bespalov və Baranovun Çernobl AES-in 4-cü reaktorunun altındakı radioaktiv suya girməsi səhnəsi serialın ən parlaq səhnələrindən biridir.

APA "BBC News"-a istinadla xəbər verir ki, filmdəki qədər dramatik olmasa da, 1986-cı ilin mayında həqiqətən belə bir əməliyyat keçirilib.

Həmin əməliyyatın canlı iştirakçısı - reaktor sexinin keçmiş böyük mühəndis-mexaniki Aleksey Ananenko təəssüratlarını bölüşüb.

O, reaktorun altındakı su basmış dəhlizə düşmək üçün necə hazırlaşmaları, qaranlıqda necə hərəkət etmələri və tapşırığı yerinə yetirdikdən sonra alqış sədaları altında araq içib-içməmələri haqqında danışıb.

Çernobl hadisələri zamanı rəhbər şəxslər 1

Serialda Valeri Leqasov vacib missiyanı yerinə yetirəcək "üç nəfəri öldürmək" üçün Qorbaçovdan icazə istəyir.

"Çernobıl" serialının ikinci epizodunda ÇAES-dəki qəzanı ləğv etmək üçün yaradılmış komissiyanın üzvü Valeri Leqasov SSRİ-nin lideri Mixail Qorbaçova stansiyada növbəti partlayış təhlükəsi haqqında xəbər verir.

O deyir ki, partlamış reaktordakı "lava" beton fundamenti dağıdaraq reaktorun altındakı su hovuzuna doğru hərəkət edir, gedib çatsa, bütün stansiyanı dağıdacaq və Avropanın yarısına radioaktiv tullantılar səpələnəcək, Ukrayna və Belorusda isə 100 il yaşayış olmayacaq.

"Obyekti yaxşı tanıyan üç nəfər tapıb onları zirzəmiyə göndərmək lazımdır ki, boru kəmərləri vasitəsilə keçid kilidinə yaxınlaşıb bakların boşalmasını təmin etsinlər" - Leqasov belə deyir.

Amma reaktorun altındakı güclü radiasiyaya görə bu iş faktiki olaraq ölüm riski daşıyırdı.

Biz sizdən üç nəfəri öldürmək üçün icazə istəyirik" - Leqasov belə deyir və Sov.İKP-nin Baş Katibinin razılığını alır.

Bunun ardınca serialda üç könüllünün axtarışı və onların reaktorun altındakı dəhlizə səyahəti başlayır.

Aleksey Ananenko serialda Aleksey Ananenko serialda

59 yaşlı Aleksey Ananenko Leqasov və komissiya sədri Şerbinovun AES-in kollektiviylə görüşüb reaktorun yanına gedəcək adam axtarması epizoduna baxıb deyir ki, o, belə bir görüşdə iştirak etməyib.

Baş verənləri xatırlamaq Aleksey Mixayloviç üçün ağırdır.

2017-ci ildə onu maşın vurub, bir müddət komada olub, bu hadisədən sonra o, nisbətən çətin danışır.

A.Ananenko A.Ananenko

1980-ci illərdə Ananenko belə görünürdü, amma qəza zamanı bığını qırxmışdı - radioaktiv toz yığılmasın və yuyunmaq asan olsun deyə.

Lakin Ananenko ümumi mənzərəni təsvir edə bilir - həmin gün növbədəymiş, zəng vurub ona tapşırıq veriblər.

"Bu bizim işimiziydi" - Ananenko əlavə edir.

"Könüllülər" ideyasını serial müəllifləri, böyük ehtimal, o dövrün "Trud" qəzetindən götürüblər.

16 may 1986-cı ildə həmin qəzetdə "Çernobıl: cəsarətin ünvanı" adlı məqalə dərc olunub, orda əməliyyat hazırlıqları barədə belə yazılıb: "Onlar özləri istədilər: Çernobıl AES-in növbə rəhbəri B. Baranov, turbin sexinin böyük mühəndisi V. Bespalov və reaktor sexinin böyük mühəndis-mexaniki A.Ananenko".

Sonra bu abzas digər sovet qəzetlərinin məqalələrində yer alır.

Qəzetdə yazılanlardan Qəzetdə yazılanlardan

Sovet qəzetlərinin birindəki bu məqalə "Trud" qəzetindəki məqaləyə əsasən hazırlanıb.

Aleksey Ananenko xatirələrində şikayətlənir ki, jurnalistlər onun danışdıqlarını olduğu kimi qələmə almayıblar. Məsələn, götürüb yazıblar ki, guya respiratorlar "dalğıcların" danışmasına mane olurmuş. Aleksey hətta qəzetə təkzib də yazmaq istəyib, amma sonra fikrindən daşınıb.

Əslində, tapşırığı dövlət komissiyası müəyyənləşdirib - o vaxt reaktordakı "lavanın" suyla təmasının böyük fəlakətə səbəb olacağı deyimişdi (Yeri gəlmişkən, bu hipotezin müəlliflərindən biri belaruslu akademik Vasiliy Nesterenko olub, serialdakı ümumiləşdirici Ulyana Xomyuk obrazının prototipi).

Bunun baş verməməsi üçün reaktorun altındakı rezervuara (su hovuzuna) yığılmış suyu buraxmaq lazımıydı.

Bunun üçünsə stansiyanın altında 3 metr dərinlikdəki tunelin klapanları açılmalıydı.

Tunellər suyla dolmuşdu, yanğınsöndürənlər suyu çəkib çıxarmağa çalışırdılar.

Müəyyən miqdar su boşaldılandan sonra ora enmək qərarı verilir və bu işi həmin gün növbədə olan Ananenko və həmkarları reallaşdırır.

Reaktorun altına məhz Aleksey düşür, çünki o, klapanların harda olduğunu bilirdi - naşı adam qaranlıq dəhlizdəki boru və armaturların arasında onları çətin tapardı.

Cernobl seriali sxem Barboter Barboter

BEYNƏLXALQ MƏSLƏHƏT QRUPUNUN HESABATI

Su rezervuarları reaktorun tam altında yerləşir (Beynəlxalq Məsləhət Qrupunun hesabatındakı sxemdə onlar "qəzanın lokallaşdırılması sisteminin kondensatorları" kimi qeyd edilib). "Çernobıl dalğıcları" yaxın dəhlizlərin birindəki klapanları açmış və bu, suyun həmin hovuzlardan boşalmasına şərait yaratmışdı.

Aleksey Ananenkoya böyük mühəndis Valeri Bespalov kömək edəcəkdi, əməliyyata isə növbə rəhbəri Boris Baranov nəzarət edirdi.

Ananenko o günkü əməliyyata görə onlara pul mükafatı verildiyini rədd edir (serialda 400 rubl puldan və rütbə artımından söhbət gedir).

Cernobl seriali qeza aniDalğıclarFotonun müəllifiSKY UK LTD/HBO Dalğıclar Fotonun müəllifiSKY UK LTD/HBO

Tuneldəki suyun radioaktiv çirklənmə səviyyəsini heç kim bilmirdi.

Bir neçə il bundan əvvəl Aleksey Ananenko reaktorun altına enməsi prosesini ətraflı təsvir etmiş və məqaləni BBC News Ukraynaya da təqdim etmişdi (Həmin mətn «Soyuz Çernobyl Ukrayna» saytında da dərc edilib).

"Əsas problem bundaydı - 4QT-21 və 4QT-22 nömrəli klapanları açmaq üçün 001 nömrəli dəhlizə düşmək lazımıydı, həmin dəhliz isə yuxarıdan axıb gələn radioaktiv suyla dolmuşdu.

Suda şüalanmaq riski vardı, çünki dəhlizin o biri başında şüalanma səviyyəsinin nə qədər olduğunu heç kim bilmirdi və buna görə də onun dozasını proqnozlaşdırmaq mümkün deyildi".

Müsahibəsi zamanı Aleksey Ananenko xatırlayır ki, məhz buna görə onlara hidrokostyum verilməsini istəyib - sudakı radiasiyadan heç olmasa, bu şəkildə müdafiə olunmaq üçün.

Cernobl seriali qeza ani 2 Aleksey Ananenkonun xatirələrindən: Aleksey Ananenkonun xatirələrindən:

Serilada Ananenko, Baranov və Bespalov reaktorun altına akvalanqla enirlər, realda isə onların əynində respirtorlu hidrokostyumlar olub.

Amma filmdəkindən fərqli olaraq üzləri açıq olub - "Çernobıl dalğıcları" sadəcə "Lepestok" respiratorları taxıblar.

Cernobl seriali qezada Dalğıclar

Dalğıcların üzünü maska yox, sadəcə respirator qoruyurdu.

Serialda daha bir doğru olmayan məqam - belə respiratorlar danışmağa əngəl törətmir ("Dalğıclar" arasında kommunikasiya probleminin olduğu "Trud" qəzetinin yaydığı miflərdən biridir).

Cernobl seriali_ qezada 2 Dalğıclar

Bu şəkli çox vaxt "Çernobıl dalğıcları" olaraq təqdim edirlər. Respiratorlar eyni olsa da, şəkildəkilər onlar deyil. Aleksey Ananenko o vaxt onların şəklinin çəkilib-çəkilmədiyini bilmir - bunun hayında deyildilər. Sovet qəzetlərində "dalğıcların" şəklini tapmaq mümkün olmadı.

"Dalğıcların" hər birinə iki ionizasiya dozimetri veriblərmiş - sudakı radiasiyanı ölçmək üçün biri sinələrinə, digəri ayaq biləklərinə taxılıbmış.

Aleksey Ananenkonun xatirələrindən: Aleksey Ananenkonun xatirələrindən:

"Əməliyyat tez və asan keçdi. 001 dəhlizinə çatdıq, B.A.Baranov girişdə qaldı, mən və V.A.Bespalov suya girdik. Su dizimizdəniydi. Mümkün qədər tez hərəkət etməyə çalışaraq dəhlizin dərinliklərinə doğru irəlilədik. Yerdə kifayət qədər böyük diametrli boru vardı, həmin boruya yaxınlaşan kimi onun böyrüylə getməyə başladıq. Burda suyun səviyyəsi topuqdanıydı. Dəhlizə girən kimi lazım olan armaturu tapmamaq qorxum keçdi. Üstəlik, klapanların üzərində qeydiyyat lövhələri vardı. Operativ göstəriciləri tutuşdurdum, düz gəlirdi, səhv salmayacaqdıq.

Sonuncu qorxumuz - klapanlarda çarxın olmaması və onların bağlı vəziyyətdə ilişib qalmasıydı, amma bu da sovuşdu. Klapanları nisbətən asan aça bildik, qaz açarından istifadə etmək lazım gəlmədi. Su hovuzundan sızan suyun xarakterik səsindən başa düşdük ki, tapşırıq yerinə yetirilib, hovuz boşalır".

"Sadəcə klapanları açdıq və dərhal səs eşitdik. Başa düşdük ki, su axmağa başladı. Artıq geri dönüb yuxarı qalxa bilərdik" - Aleksey Ananenko bunları BBC News Ukraynaya müsahibəsində deyib.

Hərçənd hər şey bu qədər sadə deyildi.

Aleksey Ananenko fənərin sönməsi epizodunu xatırlamır. Ancaq likvidatorlar deyirlər ki, belə bir şey baş verə bilərdi.Öz xatirələrində o, həmkarı Bespalovun dediklərini də qeyd edib - "dalğıcların" keçdiyi sahələrdə, xüsusilə də dağılmış 4-cü blokun nəqliyyat dəhlizinin girişində güclü "radiasiya təzyiqi" varmış.

"Mən Baranovun çiyninin üstündən cihazın (dozimetr DP-5. Red.) göstəricilərinə baxdım - bütün alt diapazonlarda göstəricilər kəllə-çarxdaydı. Bu vaxt qısa komanda verildi: "Çox tez hərəkət etməli!" Təhlükəli zonadan qaçaraq keçəndə dözməyib geri boylandım və partlamış reaktorun yuxarıdakı texniki keçiddən tökülən betonla qarışmış fraqmentlərinin nəhəng qara konusunu gördüm. Ağzımda maye radiolizin tanış dəmir dadını hiss etdim".

Amma Aleksey Ananenko o vaxt ciddi şüalanmaya məruz qalmadıqlarını deyir: "Bizdə hansı göstəricilərin olduğunu xatırlamıram. Bu o deməkdir ki, lap da dəhşətli göstəricilər olmayıb".

Serialda "dalğıcların" yuxarı qalxanda alqışlarla qarşılanması səhnəsini Aleksey belə şərh edir: "Bizi alqışlayan-filan olmamışdı. Bu, adi bir işiydi, kim əl çalardı?"

Cernobl seriali qeza ani34 İşıqlar

Aleksey Ananenko: "Özümüzü qəhrəman hesab etmirdik, hisslərimiz də adi günlərdəkindən fərqlənmirdi".

"Araq içən də yoxuydu, mən ümumiyyətlə içmirdim" - serailda onun və yoldaşlarının 33 il əvvəlki halını canlandırmış aktyorların şüşələrdən araq içməsinə baxan Aleksey belə deyir.

"Özümüzü qəhrəman hesab etmirdik, hisslərimiz də adi günlərdəkindən fərqlənmirdi" - o, söhbətini belə yekunlaşdırır.

O gün daha bir partlayış təhlükəsi varıydımı - bu sual hələ də açıqdır.

4-cü enrji blokunun keçmiş operatoru, ÇAES-in likvidatoru Aleksey Berus reaktorun altındakı rezervuarlardan su boşaldılanda "lavanın" artıq orda olduğunu deyir, amma dərhal da qeyd edir: "Bu, Ananenko, Baranov və Bespalovun qəhrəmanlığını qətiyyən kiçiltmir".

"Sağam, bu da kifayətdir"

Cernobl seriali Alaksey ananenko-old Aleksey Ananenko bu gün

Fotoda Aleksey Ananenko bu gün.

"Çernobıl dalğıcları" şüa xəstəliyindən ölməyiblər (Bu, serialın sonunda da qeyd edilir) və ÇAES-də işləməyə davam ediblər.

Boris Baranov 2005-ci ildə vəfat edib, Valeri Bespalov və Aleksey Ananenko Kiyevin Troyeşina rayonunda bir-birinə yaxın yaşayırlar.

Aleksey Mixayloviç Çernobıl AES-də 1989-cu ilə qədər işləyib, sonra atom enerjisi və təhlükəsizliklə bağlı digər müəssisələrdə çalışıb.

Sovet vaxtı ona "Şərəf nişanı" verilib, 2018-ci ildə isə prezident Poroşenko onu 3-cü dərəcəli "İgidliyə görə" medalıyla təltif edib.

Cernobl seriali Alaksey ananenko naqrada Təltiflər

AES-in 4-cü reaktorunun altından salamat çıxan Aleksey bir neçə il sonra Kiyevdə zədələnib - 2017-ci ildə piyada keçidində onu maşın vurub.

Aleksey 36 gün komada qalıb, beyni və ayağı ciddi zədə alıb. Müalicə xərci o qədər böyük olub ki, ailəsi əlavə vəsait tapmaq məcburiyyətində qalıb.

"Məbləğ 200 min qriveni (hazırkı məzənnə ilə 12,884 AZN) keçəndən sonra xərcləri hesablamadıq" - həyat yoldaşı Valentina Mixaylovna belə deyir.

Aleksey Mixayloviç sağalıb. Sonra işinə qayıtmasa da, hələ də çalışmaq barədə düşünür.

"Nə zəng edən var, nə gələn" - iş axtardığını deyən Aleksey həm də bundan şikayətlənir.

"Amma heç olmasa, yaşadığıma sevinməliyəm. Vaxtından əvvəl ölməmişəmsə, buna yaxşı demək olar. Yaşayıram, bu da bəsimdir" - deyə "Çernobıl dalğıcı" əlavə edir.

Cernobl seriali Alaksey ananenko heyat yoldasi Aleksey Ananenko

Aleksey Ananenko Troyeşinada həyat yoldaşıyla birlikdə adi mənzildə yaşayır.

Həyat yoldaşı deyir ki, serialdan sonra Aleksey Ananenkoya diqqət xeyli artıb, müxtəlif ölkələrdən jurnalistlər zəng edib müsahibə istəyirlər.

İndiyə qədər kiminlə yanaşı yaşadıqlarını heç qonşular da bilmirdilər.

Valentina Mixaylovna bununla bağlı bir hadisə danışır:

"Bir dəfə qonşu uşaq gəlib dedi ki, məktəbdə müəllimə Çernobıl AES-dəki qəzanın ildönümü haqqında danışıb, reaktorun altına düşüb hamını xilas edən, amma özləri həlak olan qəhrəmanları xatırladıb. Mən cavab verdim ki, ölməyiblər. Odur, bax, onlardan biri qonşu otaqdadır".

Son xəbərlər
Bütün xəbərlər »