Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Biabırçı məğlubiyyətin nəticəsi: Azərbaycan reytinq cədvəlində gerilədi

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Milli komandamız siyahıda iki pillə geriləyib.

Bizimyol.info xəbər verir ki, indi yığma kollektiv Bəhreynlə birlikdə 110-111-ci pillələri bölüşdürür. Macarıstan və Slovakiyaya Avropa çempionatının seçmə mərhələlərindəki məğlubiyyətlər milli komandamızı geri salıb. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv həm də 14 reytinq balı itirib. Milli komandanın 1188 balı var. Hazırda siyahıda 110-cu yerdəyik. Gürcüstan 94, Ermənistan isə 97-ci yerdədir.

Reytinq cədvəlinə keçən ay olduğu kimi Belçika başçılıq edir. Liderlər qrupunda ən çox diqqət çəkən Portuqaliyanın və İspaniyanın iki pillə irəliləməsidir:

1. Belçika – 1746

2. Fransa – 1718

3. Braziliya – 1681

4. İngiltərə - 1652

5. Portuqaliya – 1631

6. Xorvatiya – 1625

7. İspaniya – 1617

8. Uruqvay – 1615

9. İsveçrə - 1605

10. Danimarka – 1589

11-12. Almaniya – 1582

11-12. Argentina – 1582

Kolumbiya – 1580

14-15. İtaliya – 1569

14-15. Hollandiya – 1569

Postsovet ölkələrindən ən yaxşı nəticə Ukraynadadır (24-cü yer). Rusiya qələbələr sayəsində 3 pillə irəliləyərək, 43-cü yerə yüksəlib. Türkiyə də irəli gedib – 37-ci yer.

Son pillədə yenə San Marino qərarlaşıb. Avropanın cırtdan ölkəsi uzun müddətdir 211-ci yerdən yaxa qurtara bilmir.

Son xəbərlər
Bütün xəbərlər »