Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Klod Makelele istefaya göndərilib

Fransa milli komandasının sabiq futbolçusu Klod Makelele Belçikanın “Eupen” klubunun baş məşqçisi postundan istefaya göndərilib.

APA-nın məlumatına görə, 46 yaşlı mütəxəssis 2017-ci ilin noyabrından rəhbərlik etdiyi klubun “sükanı arxası”nda 20 ay çalışıb.

Klub rəhbərliyi tanınmış simanı baş məşqçi vəzifəsindən azad etsə də, başqa postda saxlamağa qərar verib. K.Makelele “Eupen”də fəaliyyətini səfir kimi davam etdirəcək.

Qeyd edək ki, “Eupen” 2018/19 mövsümündə Belçika çempionatını 12-ci pillədə başa vurub.

Son xəbərlər
Bütün xəbərlər »