Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Özünü binadan atanlar "Respublika" qəzetinin baş redaktor müavininin ailə üzvləri imiş

Bakının Yasamal rayonunda ana və qızı intihar edib.

Öncə ana - 55 yaşlı Rübabə Allahverdiyeva, daha sonra 29 yaşlı qızı Xədicə Allahverdi özünü yaşadıqları binanın 10-cu mərtəbəsindən atıb. Hər ikisi hadisə yerində dünyasını dəyişib.

Bizimyol.info xəbər verir ki, intihar edənlər “Respublika” qəzetinin baş redaktorunun müavini İsmayıl Allahverdiyevin ailə üzvləridir. Rübabə Allahverdiyeva həyat yoldaşı, Xədicə Allahverdi isə qızıdır.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, istintaq araşdırmaları gedir.

Son xəbərlər
Bütün xəbərlər »