Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Emin Hüseynovun ölümü ilə bağlı təqdim olunan faktlar prokurorluğu hərəkətə gətirdi

Elçin Məmməd: “Əgər indiyə qədər prokurorluq orqanları bu məsələdə işi Türkiyə tərəfinin öhdəsinə buraxmağa çalışırdısa, artıq təkzibolunmaz dəlillər vəziyyəti dəyişib”

Baş Prokurorluq yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinin işçisi Emin Hüseynovun öldürülməsi ilə bağlı verilmiş şikayətə hüquq-mühafizə orqanları reaksiya verməyə başlayıb. Belə ki, iyunun 13-də mərhumun atası Bəybala Hüseynov və onun nümayəndəsi, hüquq müdafiəçisi Elçin Məmməd Sumqayıt şəhər Prokurorluğuna çağırılıb. Hər iki şəxs Sumqayıt şəhər prokurorunun müavini Elviz Salayev tərəfindən qəbul edilərək sözügedən cinayət işinin motivi üzrə dinlənib.

Prokurorlu emekdashi SEKIL Pro

Qeyd edək ki, mərhumun atası Bəybala Hüseynov və hüquq müdafiəçisi Elçin Məmməd keçmiş prokurorluq əməkdaşının zəhərlənərək öldürülməsində şübhəli bilinən Elfira Mövsümlü və Yeganə Nağıyeva barəsində hüquqi tədbirin görülməsi üçün Respublika Prokuroruğuna və Sumqayıt şəhər Prokuroluğuna müraciət edib. Adları çəkilən şəxslər haqqında Cinayət Məcəlləsinin 307.2-ci maddəsi (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) ilə cinayət işinin açılması və məsuliyyətə cəlb edilməsi istənilir.

Elviz Salayevin qəbulunda olarkən Bəybala Hüsynov Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində kargüzar-məsləhətçi vəzifəsində çalışan oğlu Eminin 2017-ci ilin avqust ayında Türkiyənin Antalya şəhərində zəhərlənərək öldürüldüyünü, sui-qəsd faktının gizləduilməsi üçün onun guya qara ciyər xəstəliyindən dünyasını dəyişməsi barədə iddiaların səsləndiriliyini bildirib. Bəybala Hüseynov onu da əlavə edib ki, Emin Hüseynov ölümündən bir neçə gün əvvəl naməlum şəxslər tərəfindən izlənilib. Vəfat etməzdən 15 dəqiqə əvvəl isə həyat yoldaşı Elfira Hüseynova (Mövsümlü) ərinin mobil telefonundan onun izlənildiyinə dair bütün foto və audio materialları silib. Emin Hüseynovun ölümündən dərhal sonra Elfiranın öz soyadını dəyişdiriərək Mövsümlü yazdırması bu şübhələri bir daha artırır.

Eyni zamanda, bu cinayətdə “Avanqard Travel” turizm şirkətinin müdiri Yeganə Nağıyeva tərəfindən səyahət paketinə dəxli olmayan bir yaxta turu təşkil edib və mərhumun ölümü bundan sonrakı mərhələdə baş verib. Yəni Emin Hüseynovun zəhərlənməsində Yeganə Nağıyevanın da əlinin olduğuna dair şübhələr var.

Antalya Prokuroluğunun ölüm faktı ilə bağlı açdığı cinayət işində və xəstəxanada verilmiş tibbi ekspertizanın rəyində də E.Hüseyunovun ölümünə zəhərlənmənin səbəb olduğu qeyd edilir. Buna baxmayaraq, Bəybala Hüseynov Azərbaycan tərəfinin baş vermiş qətl hadisəsi üzrə hər hansı cinayət işi başlanmamamasından etirazını bildirib. Müraciət edən tərəfləri dinləyən Elviz Salayev Baş Prokurorluğun Emin Hüseynovun ölüm faktı ilə bağlı hüquqi araşdırmalara başlayacağı təqdirdə Sumqayıt şəhər Prokurorluğunun da zəruri tədbirlər görəcəyini bildirib.

Qeyd edilən görüşlə əlaqədar mətbuata açılama verən Elçin Məmmədin sözlərinə görə, prokurorluq orqanının Emin Hüseynovun ölüm işi bağlı şikayətçi tərəfi dəvət edərək dinləməsi müsbət haldır. Lakin səlahiyyətli qurumların bu cinayətin üstünün açılması üçün daha geniş fəaliyyət göstərməsinə ehtiyac var:

"Sumqayıt şəhər Prokurorluğunun Emin Hüseynovun öldürülməsi faktına görə, Bəybala Hüseynovun şikayətini dinləməsi prosesin ölü nöqtədən tərpənməsi deməkdir. Əgər indiyə qədər prokurorluq orqanları bu məsələdə daha çox susmağa və işi Baş Prokurorluğun beynəlxalq əlaqələr şöbəsi vasitəsi ilə Türkiyə tərəfinin öhdəsinə buraxmağa çalışırdısa, artıq təkzibolunmaz dəlillərimiz vəziyyəti dəyişib. Sumqayıt şəhər Prokurorunun müavini Elviz Salayev bizi ətraflı dinlədi və zərərçəkmiş tərəfin mövqeyi ilə hərtərfli tanış oldu. Amma belə qənaətə gəldim ki, Sumqayıt şəhər Prokurorluğu cinayət işinin açılması üçün Baş Prokurorluğun göstərişini gözləyir. Fikrimcə, buna ehtiyac yoxdur. Çünki Antalya Prokurorluğu Türkiyə Respublikası Cinayət Məcəlləsinin 81.1-ci maddəsi (qəsdən insan öldürmə) üzrə cinayət işi açıb. Həm bu faktın özü, həm də müxtəlif vaxtlarda verilmiş ekspertiza rəyləri Sumqayıt şəhər Prokurorluğuna mərhumun həyat yoldaşı və tur şirkəti rəhbərinə qarşı cinayət işinin açılması üçün hüquqi əsas yaradır".

Son xəbərlər
Bütün xəbərlər »