Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistan və Pakistan liderləri sammitində görüşməyiblər

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən sammitində Hindistanın Baş naziri Narendra Modi ilə Pakistan hökumətinin başçısı İmran Xan arasında görüş olmayıb.

“Report” TASSa istinadən xəbər verir ki, hətta hökumət başçıları qeyri-rəsmi şam yeməyi zamanı belə bir-birinə ənənəvi nəzakət görüşü etməyiblər.

Bu ziyafəti qonaqların şərəfinə Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov verib.

Bildirilib ki, son aylar Hindistan və Pakistan arasında gərginlik artıb. Rəsmi Nyu-Dehli və İslamabad Cammu və Kəşmirdə bir-birinin qırıcısını vurduğunu da təsdiqləyib.

Mütəxəssislər hesab edirlər ki, üzv dövlətlər arasındakı münasibətlərin gərginliyi səbəbindən Şanxay Əməkdaşlıq Təşkilatı perspektivsiz qurumdur. Belə bir şəraitdə isə təşkilata yeni üzvlərin qəbulu az ehtimal edilir. Çünki üzv dövlətlər qurumun imkanlarından faydalana bilmir. Bu həm də Şanxay Əməkdaşlıq Təşkilatının cəlbediciliyinə zərbə vurur.

Qeyd edək ki, iyunun 14-də Bişkekdə ŞƏT-in sammiti keçirilib. Zirvə toplantısında Rusiya prezidenti Vladimir Putin də iştirak edib.

Paylaş »
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› Ulduz  falı: 06 dekabr, 2021-ci il – Qazanclı sövdələşmələr, yaxşı alışlar mümkündür
››› Ermənistan 10 hərbçisini geri alaraq mina xəritələrini verib
››› Partlayışın nüvə obyektləri ilə heç bir əlaqəsi yoxdur
››› Bakı metrosunda qatar stansiyaya daxil olarkən sərnişin relsin üstünə düşüb
Son xəbərlər
Bütün xəbərlər »