Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Nağdsız hesablaşmalar üçün komisyon haqqı yüksək deyil”

“Azərbaycanda sadə vətəndaşlar, sahibkarlar və banklar nağdsız hesablaşmaların aparılmasında nə dərəcədə maraqlıdır?”

“Report” xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında - “2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin II oxunuşda müzakirəsində deyib.

“Bu suala cavab vermək üçün bir sıra məsələlərə, o cümlədən komisyon haqlarına diqqət yetirək. Hazırda Azərbaycanda POS-terminallar üzrə ödənilən komisyon haqqı 1,29-2,37% arası dəyişir. Müqayisə üçün deyim ki, bu göstərici Gürcüstanda və Böyük Britaniyada 1,5-2%, İtaliyada 2-2,5%, Rusiyada isə 2-3%-dir. Yəni Azərbaycanda tariflər digər ölkələrdən yüksək deyil. Dövlət bu məsələyə müdaxilə etmir”, - deyə M.Cabbarov əlavə edib.

Son xəbərlər
Bütün xəbərlər »