Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıdan Batumiyə birbaşa aviareyslərin qiymətləri açıqlandı - Foto
“Buta Airways” aşağıbüdcəli aviaşirkəti Gürcüstanın məşhur kurortu Batumiyə birbaşa aviareyslər təşkil edəcək. Bu münasibətlə hava limanında açılış mərasimi keçirilib.

Batumi şirkətin Gürcüstanda ikinci istiqaməti olacaq. Belə ki, bu şirkət vasitəsilə artıq Bakıdan Tbilisiyə müntəzəm reyslər yerinə yetirilir.

Aviaşirkətin digər istiqamətləri kimi Bakı-Batumi istiqaməti üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar həftədə iki dəfə - cümə və bazar günləri yerinə yetiriləcək.

Baki Batumi avia reysler qiymetler

Açılış mərasimində Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradze, AZAL-ın vitse-prezidenti Eldar Hacıyev və digər şəxslər iştirak edib. Mərasimdə çıxış edən hər iki şəxs bu reysin həm Azərbaycan, həm də Gürcüstan xalqı üçün uğurlu olacağını bildirib. Qeyd olunub ki, iki ölkə arasında iqtisadi-siyasi və digər sahələr üzrə münasibətlər inkişaf edir və bu reysin açılması hər iki xalqın turizm sahəsində bir-birini daha yaxından tanıması, qarşılıqlı səfərlər baxımından çox əhəmiyyətli olacaq. Mərasim iştirakçıları onu da bildirib ki, reysin açılmasında əsas məsələlərdən biri də onun hər dörd fəsildə davamlı olaraq yerinə yetirilməsinin nəzərdə tutulmasıdır.

Bu gün artıq ilk reys yerinə yetirilib. Mərasimdə iştirak edənlər reysin uğurlu olacağını əminliklə vurğulayıblar. (apa.az)

Son xəbərlər
Bütün xəbərlər »