Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Boris Conson baş nazirlik uğrunda mübarizədə liderdir

Böyük Britaniyanın sabiq xarici işlər naziri Boris Conson Mühafizəkarlar partiyasının liderliyi və həmçinin baş nazirlik posru uğrunda keçirilən ilk səsvermədə öndədir.

APA-nın London bürosunun “BBC”-yə istinadən verdiyi xəbərə görə, səsvermədə Boris Conson 114 səs toplayaraq digər rəqiblərini qabaqlayıb. Britaniyanın hazırkı xarici işlər naziri Ceremi Hunt isə 43 səslə ikinci yerdə qərarlaşıb.

Liderlik yarışına qoşulan 10 namizəddən üçü isə lazımi 17 səs barajını keçə bilmədikləri üçün səsvermənin ikinci mərhələsinə keçə bilməyiblər.

Qeyd edək ki, B.Conson 2016-2018-ci illər arasında Böyük Britaniyanın XİN rəhbəri, 2008-2016-cı illərdə isə London şəhərinin meri vəzifəsini icra edib.

Britaniyanın yeni baş nazirinin adının təxminən 22 iyul tarixində açıqlanması gözlənilir.

Son xəbərlər
Bütün xəbərlər »