Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hulisi Akar Pentaqon rəhbərinə iradlarını bildirdi

Türkiyənin Milli Müdafiə naziri Hulisi Akar Pentaqon rəhbəri vəzifəsini icra edən Patrik Şanaxanla telefon əlaqəsi saxlayıb.

Türkiyə mətbuatı xəbər verir ki, telefon danışığında nazir həmkarının Ankaranın Rusiyadan "S-400" zenit -raket kompleksini alması ilə bağlı Türkiyə Müdafiə Nazirliyinə göndərdiyi məktubundan narahatlığını dilə gətirib.

Nazir P.Şanaxanın məktubunda müttəfiqlik ruhuna uyğun olmayan yanaşmanı diqqətə çatdırıb. Danışqılar çərçivəsində başda “F-35” olmaqla ABŞ və Türkiyə arasında təhülkəsizlik və müdafiə mövzularında işbirliyinə dair fikir mübadiləsi aparılıb.

Daha sonra tərəflər razılığa gəliblər ki, danışıqları 26-27 iyun tarixində NATO ölkələri müdafiə nazirlərinin Brüsseldə keçiriləcək toplantısında davam etdirsinlər.

Azvision.az xatırladır ki, Patrik Şanaxan Türkiyənin Müdafiə Nazirliyinə məktub göndərərək bildirib ki, Ankara Rusiyanın “S-400” zenit-raket kompleksini almaqdan imtina etməlidir, əks təqdirdə ABŞ Türkiyə ilə “F-35” qırıcıları ilə bağlı proqram üzrə əməkdaşlığı dayandıracaq. Bu səbəbdən Vaşinqton Türkiyəyə 31 iyula qədər vaxt verib. (Virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »