Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Real” transferlərə rekord məbləğ xərcləyib

“Real” gələn mövsümə ciddi hazırlaşır. Zinəddin Zidanın məşq etdirdiyi İspaniya futbol klubu transferlərə heç vaxt olmadığı qədər pul xərcləyib.

Bizimyol.info xəbər verir ki, transfer pəncərələri üçün rekord məbləğ qeydə alınıb. “Real” indiyə qədər yeni futbolçuları almağa 303 milyon avrosundan keçib.

Eden Azar Eden Azar

Madrid klubu bu dəfə ən çox pulu Eden Azarın transferinə xərcləyib. Belçikalı futbolçu 100 milyon avroya alınıb. Luka Yoviçə 60, Eder Militaoya 50, Ferlan Mendiyə 48, Rodriqo Qoesə 45 milyon avro xərclənib.

Ronaldo Ronaldo | Foto: AFP/Getty Images

“Real” buna qədər ən çox (258,5 milyon avro) 2009-cu ildə xərcə düşmüşdü. Məhz həmin il Kriştiano Ronaldo transfer edilmişdi. Portuqaliyalını “Mançester Yunayted”dən 94 milyon avroya almışdılar. Kakaya 60, Kərim Benzemaya 35, Xabi Alonsoya 34,5, Raul Albiola 15, Alvaro Neqredoya 5, Alvaro Arbeloa ilə Esteban Qraneronın hərəsinə 4 milyon avro xərclənmişdi.

Son xəbərlər
Bütün xəbərlər »