Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əlcəzairin daha bir sabiq baş naziri həbs edildi

Əlcəzair məhkəməsi ölkənin sabiq baş naziri Əbdülmalik Sellalın həbs olunması barədə qərar qəbul edib.

“Sky News Arabia” telekanalı xəbər verir ki, hazırda sabiq hökumət başçısı Əbdülmalik Sellal təcridxanada saxlanılır.

Bir gün əvvəl isə Əlcəzairin digər sabiq baş naziri Əhməd Uyahi həbs olunmuşdu. Hər iki məmur ölkənin sabiq prezidenti Əbdüləziz Buteflika zamanında dəfələrlə hökumətə rəhbərlik edib.

Xatırladaq ki, aprelin 2-də Əbdüləziz Buteflika uzun sürən xalq etirazı və ordunun təzyiqi altında prezident postundan istefa verib. Hazırda Əlcəzairdə korrupsiya, dövlət vəsaitinin mənimsənilməsi və xidməti vəzifədən sui-istifadə işləri üzrə bir neçə səs-küylü məhkəmə prosesi davam edir. (Virtualaz.org)

Paylaş »
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Yuxuda "cənnət meyvəsi" nar görməyin yozumu nədir...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› XİN: "26 noyabr bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib"
Son xəbərlər
Bütün xəbərlər »