Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən bahalı şəhərlərinin adı açıqlandı

Rusiyanın paytaxtı Moskva daha bahalı şəhər sayılmır. Əvəzində İrlandiyanın əsas şəhəri hesab olunan Dublin bu adı üzərinə götürüb.

Moskva Moskva / Foto: Pixabay.com

Bizimyol.info xəbər verir ki, “ECA International” konsaltinq agentliyi dünyanın ən bahalı şəhərlərinin adlarını açıqlayıb. Rublun məzənnəsinin aşağı düşməsi Moskvanı və Sankt-Peterburqu ilk 100-lükdən uzaqlaşdırıb. Bakının adı da liderlər arasında görünmür. Görünür, Dublində qiymətlər yüksəldiyindən, İrlandiya paytaxtı 100-lüyə qayıdıb.

Aşqabad Aşqabad şəhərindən görüntü / Foto: orangesmile.com

Bu dəfə Aşqabad cədvələ başçılıq edir. Türkmənistan paytaxtının ən yaxın izləyiciləri İsveçrə şəhərləri Sürix və Jenevadır.

Tokio, Yaponiya Tokio, Yaponiya | Foto: Pixabay.com

Dördüncü olan Honkonqdan sonra yenə İsveçrə şəhərləri gəlir (Bazel və Bern). 10-luğu Tokio, Seul, Təl-Əviv və Şanxay qapayır.

Tehran, İran Tehran, İran | Foto: Pixabay.com

Siyahıda sonuncu yerdə sanksiyalardan sarsılan İranın paytaxtı Tehrandır.

Son xəbərlər
Bütün xəbərlər »