Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ruslar sevimli cizgi filmlərinin adlarını açıqladılar

Ümumrusiya ictimai rəyi öyrənmə mərkəzi (ВЦИОМ) rusların sevimli cizgi filmlərinin reytinqini tərtib edib.

Burada əsasən sovet dövründə məşhur olan ekran əsərlərinin adı yer alıb. Fikri soruşulanlara eyni zamanda bir neçə filmin adını çəkmək imkanı verilib.

"Nu, poqodi" cizgi filmindən kadr "Nu, poqodi" cizgi filmindən kadr

Bizimyol.info xəbər verir ki, reytinqə Azərbaycan dilinə “Bir, dayan!” kimi tərcümə olunan “Ну, погоди!” başçılıq edir. Respondentlərin 65 faizi bu cizgi filmini seçib. “Prostokvaşinoda tətil” 31 faizlə ikinci pillədə qərarlaşıb.

Maşa və Ayı Maşa və Ayı / Animaccord

Son illər populyarlaşan, “Yuotube” portalında rekordlar qıran “Maşa və ayı” 16 faizlə üçüncü yerdədir.

"Vinni Puh" cizgi filmindən kadr "Vinni Puh" cizgi filmindən kadr

“Vinni Puh” (13 faiz), “Çeburaşka və timsah Gena” (10 faiz), “Pişik Leopold” və “Kirpi dumanda” (hərəsi 8 faiz) cizgi filmləri də adları çox çəkilənlər sırasında olub.

Sorğu telefonla aparılıb. Yaşı 18-dən yuxarı olan 1600 nəfərin fikri soruşulub.

Son xəbərlər
Bütün xəbərlər »