Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Latviyada sovet rəmzlərini, hərbi formasını qadağan edirlər

Latviya Seymi Komissiyası yeni qanun layihəsini təsdiq edib. Layihəyə görə, ölkədə sovet rəmzləri, hərbi forması qadağan olunacaq.

Bizimyol.info xəbər verir ki, Qızıl ordunun, “NKVD”-nin, SSRİ-nin başqa güc strukturlarının mundirləri ilə yanaşı, nasist Almaniyasının hərbi geyimləri də yasaq ediləcək. Bundan başqa, çəkic və oraq obrazının, sovet gerbinin, himninin, bayrağının istifadəsinə imkan verilməyəcək.

Komissiya sədri Artuss Kayminş qanun layihəsini şərh edərkən deyib: “İnsanlar anlamalıdır ki, nasist və ya sovet rəmzlərindən ictimaiyyət arasında istifadə qəbulolunmazdır”.

İndi qanun layihəsinin Seymin üçüncü oxunuşunda qəbulu gözlənilir. Bundan sonra təkcə prezidentin imzalamağı qalacaq. Qeyd olunan prosedur bitəndən sonra gələn il yanvarın 1-dən qanun qüvvəyə minəcək. Qanunu pozan fiziki şəxsləri 140, hüquqi şəxsləri 1420 avro cərimə gözləyir.

Son xəbərlər
Bütün xəbərlər »