Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Separatçı rejimin cəhdləri iflasa uğrayır

Fransanın Serji-Pontuaz məhkəməsinin Arnuvilin qondarma Dağlıq Qarabağdakı Şəhər inzibati bölgəsi ilə “Dostluq haqqında xartiya”sını ləğv etməsinin ardınca Qrenobl inzibati məhkəməsi tərəfindən də bənzər qərarın çıxarılması separatçı rejimin beynəlxalq miqyasda tanıdılması cəhdlərinin iflasa uğradıını göstərir.

Qərar eyni zamanda beynəlxalq ictimaiyyətin separatçılıq meyillərini qınamasının növbəti təzahürüdür.

Partiyalar Fransanın xarici siyasət kursuna və beynəlxalq öhdəliklərinə ziddir, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi bu ölkənin bitərəfliyini şübhə altına salırdı.

Aydın görünür ki, Azərbaycanın milli maraqlarının qorunması xaricdəki “söyüş” müxalifətinin proqramına daxil deyil. Onlar Azərbaycan dövlətini, hakimiyyət nümayəndələrini təhqir edir, lakin ümummilli məsələlərdə susurlar.

Xaricdə yaşayan və milli mənafelərdən danışan şəxslərin belə məsələlərdə susqunluq nümayiş etdirməsi onlarda heç bir milli təssübkeşliyin olmadığını göstərir.

Bir daha aydın görünür ki, onlara pulu məhz Azərbaycanı gözdən salmaq üçün ayırırlar.

Son xəbərlər
Bütün xəbərlər »