Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Putin jurnalistin həbsinə görə iki generalı qovdu
APTOPIX_Russia_Putin.JPEG-0d8c2_c0-0-4500-2623_s885x516

Rusiya Prezidenti Vladimir Putin polis general-mayorları Yuri Devyatkin və Andrey Puçkovun daxili işlər orqanlarından kənarlaşdırılması haqqında fərman imzalayıb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Sözügedən generalların orqanlardan kənarlaşdırılmasını Rusiya Prezidentinə şəxsən daxili işlər naziri Vladimir Kolokolsev bildirib. Bunun jurnalist İvan Qolunovun işi ilə əlaqədar olduğu bildirilir.

İyunun 6-da həbs olunmuş İ.Qolunov narkotik vasitələrin satışına cəhd etməkdə təqsirləndirilirdi. Onun həbsi və ona dəstək üçün keçirilən aksiyada polislərin hərəkətləri Rusiyada geniş əks-səda doğurmuşdu. İyunun 11-də jurnalist təqsirinin sübuta yetirilməməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilib.

Qeyd edək ki, Y.Devyatkin Rusiya DİN Narkotik vasitələrlərin dövriyyəsinə nəzarət üzrə baş idarənin Moskva idarəsinin rəisi olub, A.Puçkov isə paytaxtın Qərb inzibati dairəsinin DİN rəhbəri vəzifəsini tutub.

Paylaş »
››› Baltalanaraq öldürülən gəncin anası danışdı: "Təkidlə oğlumu Kiyevə çağırdı"
››› Rusların dəfn dərdi: Kənd camaatı meyitlərini baqajda, un kisəsində, ya da maşının banında daşıyır – Foto
››› Vilayət Eyvazova ağır itki üz verib
››› Bu uşağın cinsiyyəti yoxdur, çünki valideynləri belə istəyir - Foto
››› Ərdoğan 2 milyon suriyalını geri qaytarır
Son xəbərlər
Bütün xəbərlər »