Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müştərilərin rahatlığı üçün “Nar” artıq hipermarketdə
Müştərilərinin rahatlığını və xidmət səviyyəsini daha da artırmaq məqsədilə, “Nar” satış nöqtəsi insanların daha çox olduğu məkanlarda da xidmət göstərməyə başlayır.

Mobil operator “Bravo” supermarketlər şəbəkəsinin Əhmədli qəsəbəsində yerləşən filialında yeni satış nöqtəsini istifadəyə verib. Hipermarketdə yerləşən satış nöqtəsində “Nar” öz müştərilərinə müxtəlif təkliflərlə xidmət göstərəcək. Müştərilər bu məkanda “Nar” nömrələrini və Wi-FI ruterini ala, eyni zamanda SİM kart dəyişikliyi edə bilərlər. Gələcəkdə digər hipermarketlərdə də “Nar” satış nöqtəsinin açılması planlaşdırılır.

Qeyd edək ki, yeni satış nöqtəsi Xətai rayonu, Ramiz Quliyev küçəsi 4 ünvanında yerləşən “Bravo” hipermarketində yerləşir. İş saatı isə həftənin bütün günləri, saat 10:00 –dan 19:00 – a qədərdir.

Son xəbərlər
Bütün xəbərlər »