Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkmənistanda prezidentin xəstə olduğunu deyənlərin ovuna çıxıblar

Türkmənistanda prezident Qurbanqulu Berdıməhəmmədovun xəstə olması barədə söz-söhbət gəzir. Bu haqda o qədər çox danışılır ki, hökumət şayiə yayanların ovuna çıxıb.

Bizimyol.info xəbər verir ki, konkret Türkmənabad şəhərində bununla bağlı yığıncaq keçirilib. Məsələ ciddi müzakirə olunub. Məmurlara əhali ilə “işləmək” tapşırılıb. Təbii ki, söhbət şayiə yayanların cəzalandırılmasından gedir.

İndi qohumları xaricdə yaşayanların siyahısı tutulur. Çünki hökumət düşünür ki, informasiya məhz ölkə kənarından sosial şəbəkələr vasitəsilə gəlir.

Söz-söhbət mayın 21-dən sonra yaılmağa başlayıb. Həmin gün Türkmənistana türkiyəli 10 həkim, o cümlədən, anestezioloq gəlmişdi. “Ergin Turkmenistan” adlı “Youtube” kanalı məlumat vermişdi ki, Berdıməhəmmədovun vəziyyə yaxşı deyil. Hökumət kanalları dərhal prezidentin tədbirlərdəki iştirakını əks etdirən kadrlar yaymağa başladı. Sonra ortaya informasiya çıxdı ki, xəstə olan prezident yox, onun anası Oqulabat Berdıməhəmmədovadır.

Qurbanqulu Berdıməhəmmədov özü kameralar qarşısında idman geyimində poza verməyi xoşlayır. Göstərmək istəyir ki, yaxşı formadadır, heç bir xəstəliyi yoxdur.

Son xəbərlər
Bütün xəbərlər »