Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərəb dənizində neft tankerlərinə hücum olub

Oman hakimiyyəti Norveçin “Frontline” şirkətinə məxsus “Front Altair” tankerinə Oman körfəzində hücum olduğunu təsdiqləyib.

“Report” TASS-a istinadən xəbər verir ki, tankerin göyərtəsində 3 partlayış olub.

Bildirilib ki, “Front Altair” tankeri batıb.

*** 12:58

Tayvana aid bir tankerin mənşəyi məlum olmayan bir cisim tərəfindən vurulması nəticəsində 21 nəfər təxliyyə edilib.

“Report” xəbər verir ki, məlumatı “Hurriyet” yayıb.

Yaponiyanın Ticarət Nazirliyi isə Hörmüz boğazı yaxınlığında iki tankerinin hücuma məruz qaldığını bildirib.

*** 12:17

İran Oman körfəzində hücuma məruz qalmış neft tankerlərindən 44 dənizçini xilas edib.

“Report” İRNA-ya istinadən xəbər verir ki, tankerlər Birləşmiş Ərəb Əmriliyinin Dəniz Ticarət Əməliyyatları qrupuna aiddir.

*** 10:56

Ərəb dənizində neft daşıyan iki supertankerdə partlayış olub.

“Report” “Newsru.co”ya istinadən xəbər verir ki, məlumatı Livan KİV-i yayıb.

Hadisə Hind okenanının şimalı hissəsində, Ərəb dənizində baş verib.

Gəmi heyətləri hücuma məruz qalmaları barədə həyacan siqnalı veriblər. Onların həyəcan siqnalı Pakistan və Oman tərəfindən qəbul edilib.

Gəmilərin mənsub olduğu dövlət və ya şirkət hələlik məlum deyil. Partlayış nəticəsində xəsarət alanlar, dəyən ziyan və gəmilərin zədələnməsi ilə bağlı da məlumat yayılmayıb.

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ "Taliban"ın qadınlarla bağlı fərmanını alqışlayır
Son xəbərlər
Bütün xəbərlər »