Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Peşə hazırlığına cəlb olunmuş işsizlərə təqaüd ödəniləcək
Nazirlər Kabineti

Nazirlər Kabineti “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nı təsdiq edib.

APA-nın məlumatına görə, Qaydaya əsasən, işaxtaran və işsiz şəxslər peşə hazırlığına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanları və ya “DOST” mərkəzləri tərəfindən cəlb edilirlər.

Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanları və ya “DOST” mərkəzləri tərəfindən cəlb olunmuş işaxtaran və işsiz şəxslərin peşə hazırlığı Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunur. Peşə hazırlığı Xidmətin göndərişi əsasında Xidmətin tabeliyində olan təhsil müəssisəsi, qanunla müəyyən olunmuş qaydada fəaliyyətinə lisenziya verilmiş digər təhsil müəssisələrində təşkil edilir. Peşə hazırlığı peşə təhsilinin dövlət standartlarına uyğun həyata keçirilir. Peşə hazırlığı üzrə təşkil edilən kurslarda təhsil müddəti 6 aya qədərdir. Peşə hazırlığını başa çatdırmış və ixtisas imtahanını müvəffəqiyyətlə vermiş müdavimlərə təhsil haqqında dövlət sənədi (sertifikat) verilir.

Xidmətin şəhər, rayon məşğulluq orqanları və ya Mərkəz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi (MEİS) “Məşğulluq” altsistemində (MAS) işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslərin lazımi peşə və ya ixtisası olmadığına görə onun üçün münasib işi seçmək mümkün olmadıqda, əvvəlki peşəsi (ixtisas) üzrə işləmək qabiliyyətini itirdikdə peşə hazırlığına cəlb edir. İşsiz şəxslərin peşə hazırlığı ödənişsiz təşkil olunur. Peşə hazırlığına cəlb olunmuş işsiz şəxslərə təhsil aldıqları dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilir. Xidmətin təklifi ilə bir şəhər və (və ya) rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidindən digərinə peşə kurslarına göndərilməsi ilə əlaqədar şəxsin çəkdiyi xərc (taksi xərcləri istisna olmaqla) kompensasiya edilir.

İşaxtaranlara və işsizlikdən sığorta ödənişini aldığı dövrdə peşə hazırlığına cəlb olunan işsiz şəxslərə təqaüd verilmir. İşaxtaranların peşə hazırlığı ödənişli həyata keçirilir. Bu məqsədlə Xidmətin şəhər, rayon məşğulluq orqanlarının və ya Mərkəzin vasitəçiliyi ilə təhsil müəssisəsi və işaxtaran arasında müvafiq müqavilə imzalanır.

Peşə hazırlığı aşağıdakı mənbələr hesabına maliyyələşdirilir:

- işsizlikdən sığorta fondunun vəsaiti;

- işəgötürənlərin vəsaiti;

- işaxtaran şəxslərin şəxsi vəsaiti;

-“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən qrantlar, ianələr və yardımlar;

- qanunvericiliklə qadağan olunmayan digər mənbələr.

Paylaş »
››› İrana qarşı “tarixin ən böyük sanksiyası” tətbiq olundu
››› Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava olub - Video
››› Gülgünü vurub öldürən şəxs bank işçisi imiş - Hadisənin videogörüntüsü yayıldı
››› Türkiyə bu qızın ölümünə ağlayır - Foto
››› 67 yaşlı qadın ona hücum edən çaqqalı boğaraq öldürdü - Video
Son xəbərlər
Bütün xəbərlər »