Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Türkiyə S-400 müdafiə sistemini alacaq demirəm, almışdır deyirəm”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan lideri olduğu AK Partiyanın toplantısında S-400 müdafiə sistemlərilə bağlı məsələyə aydınlıq gətirib.

APA Türkiyə KİV-ə istinadla verdiyi məlumata görə, Ərdoğan qeyd edib ki, Türkiyə S-400 müdafiə sistemini alacaq demirəm, almışdır deyirəm: “Bu iş artıq bitmişdir. Önümüzdəki ay bu sistemin ölkəmizə çatdırılması prosesi həyata keçiriləcək”.

Türkiyə prezidenti diqqətə çatdırıb ki, bu, heç də sonsuz, hesabsız bir kredit deyil: “Bizə verilmiş dəstəyə qarşılıq vermək məcburiyyətindəyik”.

Ərdoğan F-35 döyüş təyyarələrilə də bağlı fikirlərini dilə gətirib. Qeyd edib ki, Türkiyə F-35-lərin yalnız müştərisi deyil, eyni zamanda istehsal ortağıdır: “İndiyə qədər biz 1 milyard 250 milyon dollar ödəmişik. F-35 layihəsinin gerçəkləşməsi istisna edilməməlidir”.

Son xəbərlər
Bütün xəbərlər »