Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən çox qazanan idmançılarının adları açıqlandı

Lionel Messini təkcə dünyanın ən yaxşı futbolçusu saymırlar. “Forbes”in versiyasına görə, argentinalı həm də planetin ən çox qazanan idmançısıdır.

Bizimyol.info xəbər verir ki, Messi ötən bir ildə 127 milyon avro qazanıb.

Lionel Messi Lionel Messi

Onun ən yaxın izləyiciləri də futbolçulardır. Kriştiano Ronaldo keçən ilin iyunundan bəri 109, Neymar isə 105 milyon avro əldə edib.

Ronaldo Ronaldo | Foto: AFP/Getty Images

10-luqdakı qalan idmançılardan heç biri futbolçu deyil. Boksçu Kanelo Alvares 94, tennisçi Rocer Federer 93,4, Amerika futbolunun nümayəndələri - Rassell Uilson  89,5, Aaron Rocers 89,3 milyon avro qazanıb. 10-luğu basketbolçular qapayır. Lebron Ceyms (89), Stefen Karri (79,8) və Kevin Dyuran (65,4) da az qazanmayıb.

Neymar Neymar

“Forbes” apreldə ən çox qazanan futbolçuların siyahısını təqdim etmişdi. Onda da cədvəlin zirvəsində Messi qərarlaşmışdı.

Son xəbərlər
Bütün xəbərlər »