Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tıxac orqanizmə ziyandır

Böyük şəhərlər həm də tıxaclarla yaşayır. Bunun isə orqanizmə az ziyanı yoxdur.

Bizimyol.info xəbər verir ki, tıxaclar sinir sisteminin, mədə-bağırsaq traktının, ürək və ağciyər xəstəliklərinin yaranmasına səbəb ola bilir, yaddaşın pisləşməsinə və depressiyanın inkişafına birbaşa təsiri var. Avtomobil karbon filtri ilə təchiz olunmayıbsa, tıxac orqanizmə böyük zərbə vurur.

Əsas təhlükə nəqliyyatda yığılmış qazlardır. Avtomobil tıxacda olanda içəridəki zərərli maddələrin səviyyəsi 40 faiz artır. Heç pəncərəni açmaq da köməyə gəlmir.

Digər təhlükə oksidlərdən və azot dioksiddən gəlir. Gözlərin, burun və bronxların membranları ilə təmas nitrat, azot turşuları yaradır. Buna görə də insan tıxacda nəfəs alanda gözlərinin yandığını hiss edir. Tıxacda çox qalmaq zərərin miqyasını artırır.

Son xəbərlər
Bütün xəbərlər »