Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Serialdan sonra Çernobıla turist marağı kəskin artıb

Amerikalıların çəkdiyi “Çernobıl” serialı bütün dünyaya səs salıb. Mini-serial ekranlara çıxandan sonra Çernobıla turist marağı kəskin artıb.

Bizimyol.info xəbər verir ki, zonanın Belarus hissəsinə də gedənlər çoxdur. Bu haqda Polesski dövlət radiasiya ekoloji qoruğundan bildiriblər. Qoruğun direktor müavini Maksim Kudin turist sayının getdikcə çoxaldığını söyləyir. Martda bura cəmi 7 nəfər gəlibmiş. Apreldə say 64-ə çatıb. Maydan isə turistlər böyük dəstələrlə gəlirlər.

Səbəb təbiidir. “Çernobıl”ın birinci seriyası mayın 6-da ekranlara çıxıb. Tamaşaçılar axırıncı – beşinci seriyaya bir neçə gün əvvəl baxmaq imkanı əldə edib. Bundan sonra növbəyə yazılanların sayı da çox artıb. Kudin deyir ki, iyun-iyul ayları üçün bütün yerlər tutulub.

Polesski qoruğunda keçən ilin noyabrından turistlərə qapıları açıblar. Bura əsasən postsovet ölkələrindən, bir də Polşadan, Hollandiyadan gəlirlər. Turist qruplarının ekskursiya qiyməti 160-350 dollar arası dəyişir.

Çernobıl Atom Elektrik Stansiyasında qəza 1986-cı il aprelin 26-da baş vermişdi. SSRİ hökuməti faciəni maksimum gizlətməyə çalışmışdı. Rəsmi statistikada cəmi 31 nəfərin öldüyü bildirilmişdi. Halbuki 93 min nəfərə qədər insanın həyatını itirdiyi söylənilir. Qəzadan sonra Belarusla sərhədə çox yaxın yerləşən Ukraynanın Pripyat və Çernobıl şəhərlərindən başqa, 74 kənd də boşaldılmışdı.

Son xəbərlər
Bütün xəbərlər »