Bazar ertəsi , 17 İyun, 2019
Baş səhifə / Cəmiyyət / Azərbaycanda beşqat dünya çempionuna 8 il cəza tələb olunur

Azərbaycanda beşqat dünya çempionuna 8 il cəza tələb olunur

1,122 Views

Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

“Neftçi” idman klubunun kikboksinq bölməsinin rəhbəri, “Xocalı” idman klubunun prezidenti, kikboksinq üzrə beşqat dünya çempionu, Avropa kəmərinin sahibi, prezident mükafatçısı Ehram Məcidova 8 il həbs cəzası istənilib. İyunun 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib.

Bizimyol.info xəbər verir ki, 1979-cu il təvəllüdlü E.Kərimov Cinayət Məcəlləsinin 126-cı maddəsilə – qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilir.Bu iş üzrə zərərçəkmiş şəxs Ehtiram Məcidovun qayınatası 1953-cü il təvəllüdlü Bəhruz Dilbazidir. Zərərçəkənin vəkili Ceyhun Yusifov prokurorun istədiyi 8 illik cəzanın azlığından gileylənib.

Bildirib ki, tərəflər arasında barışıq olmayıb, mülki iddia var, Ehram Məcidovun hədə-qorxusu davam edir. Vəkil çıxışının davamında məhkəmədə gərginlik yaradan ifadə işlədib. Bildirib ki, idmançının qolu güclü olsa da, ağlı olmasa, onu idarə edə bilməz. Bu sözlər Məcidovun və zaldakı idmançıların narazılığına səbəb olub. Tərəflər arasında mübahisə yaranıb. Hakim hər iki tərəfə xəbərdarlıq edib. Məhkəmə iclası iyunun 17-də davam etdiriləcək. E.Məcidov qayınatası Bəhruz Dilbazini beşbarmaqla vurub ona ağır xəsarət yetirməkdə ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb. E.Məcidov isə ittihamı rədd edir. Bildirir ki, onda beşbarmaq olmayıb.

Məhkəmə icraçılarının yanında uşaqlarıyla görüşəndə keçmiş qayınatası onu təhqir edib, vurub. Onun bu hərəkətləri bundan əvvəl də bir neçə dəfə təkrarlandığınıa görə bu dəfə əsəblərini cilovlaya bilməyib və onu vurub.