Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
XİN: "Ağ Ev və Kreml arasında münasibətlər ən pis həddə çatıb"

Rusiya ilə ABŞ arasındakı münasibətlər “soyuq müharibə” dövründəkindən daha pis həddə çatıb.

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ nəşrlərindən birinə verdiyi müsahibədə deyib. Rusiyalı diplomat bildirib ki, münasibətləri yaxşılaşdırmaq üçün etimadın möhkəmləndirilməsi ilə bağlı addımlar, məsələn, qarşılıqlı olaraq diplomatların ölkədən çıxarılmasının dayandırılması kömək edə bilər.

“Hazırda Moskva ilə Vaşinqtonun münasibətləri tarixdə qeydə alınan ən aşağı səviyyədədir. “Soyuq müharibə” dövründə qarşı duran tərəflər bir-birinin addımlarını, münasibətlərin necə inkişaf edəcəyini proqnozlaşdıra bilirdi, indi isə qarşılıqlı addımları proqnozlaşdırmaq mümkün deyil”, - deyə Ryabkov qeyd edib (Oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »