Bazar ertəsi , 17 İyun, 2019
Baş səhifə / Sosial-İqtisadi / Türkiyə ötən il ən çox hansı ölkələrdən neft alıb?

Türkiyə ötən il ən çox hansı ölkələrdən neft alıb?

59 Views

Neft

Türkiyə ötən il ən çox Rusiya, İran və İraqdan neft idxal edib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bildirilir ki, Türkiyənin neft və neft məhsulları idxalı ötən il əvvəlki ilə görə 9,2 faiz azalaraq 38 milyon 711 min ton olub. İl ərzində xam neft idxalı isə 18,61 azalaraq 20,9 milyon tona geriləyib.

Keçən il Türkiyənin neft və neft məhsulları ixracı 8,87 milyon ton olub.

Qeyd edək ki, Türkiyə 2017-ci ildə 42,7 milyon ton, 2016-cı ildə 40 milyon ton, 2015-ci ildə 39,6 milyon ton, 2014-cü ildə 32,6 milyon ton və 2013-cü ildə isə 18,6 milyon ton neft və neft məhsulları idxal etmişdi.