Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
"Məni prezident seçin, xərçəngə çarə tapım" - ABŞ-da sensasiyalı seçki vədi
xerceng--00000--00

2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Demokrat Partiyasının namizədi Co Bayden iddialı bəyanatlar verib.

Co Bayden Co Bayden

Xərçəng xəstəliyindən oğlunu itirmiş Bayden prezident olacağı təqdirdə, bu xəstəliyin müalicəsini tapacağını deyib.

Ayovada seçki kampaniyası zamanı danışan ABŞ-ın keçmiş vitse-prezidenti Bayden 46 yaşında beyin xərçəngi səbəbiylə 2015-ci ildə itirdiyi oğlu Bo Baydeni xatırlayıb: "Mən karyera ərzində bundan əmin olmaq üçün çox çalışdım. Əgər prezident seçilsəm, Amerikanı dəyişdirəcək yeganə şeyin gerçəkləşdiyinə əmin olacaqsınız. Buna söz verirəm. Biz xərçəngin müalicəsini tapacağıq".

Aznews.az xatırladır ki, Co Bayden əvvəllər də xərçənglə bağlı oxşar şərhlər verib. Barak Obamanın prezidentliyi dövründə o, 2016-cı ildə vitse-prezident kimi çalışanda "Cancer Moonshot" adlı bir proqrama başlamış və xərçəng araşdırmalarını maliyyələşdirmişdi.

Bayden elə həmin il Vatikanda iştirak etdiyi beynəlxalq konfransda çıxış edərək Xərçənglə Mübarizə Fondunun yaradılmasının zəruriliyindən danışmışdı.

O, vitse-prezident vəzifəsindən ayrıldıqdan sonra da bu məsələ ilə bağlı işlərini davam etdirmişdi. (Virtualaz.org)

Paylaş »
››› İyulun 20-dək fəaliyyətinə icazə verilən sahələr
››› Professor ikinci və daha qorxunc dalğanın nə zaman başlayacağını açıqladı
››› Həkim: "Sağ qalsam, bir azərbaycanlıya pulsuz xidmət etməyəcəm"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› BDU-nun daha bir tanınmış müəllimi vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »