Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident konfrans iştirakçılarına məktub göndərdi - Foto
Baş nazir Novruz Məmmədov tədbir iştirakçılarına Prezident İlham Əliyevin məktubunu oxudu

Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının (ÜGT)"İnformasiya Texnologiyaları,Texnoloju İnovasiyalar Konfransıvə Sərgisi öz üşinə başlayıb.

Açılış mərasimində Azərbaycanın Baş Naziri Novruz Məmmədov prezident İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu konfrans iştirakçılarına çatdırıb.

Azərbaycanın Baş Naziri Novruz Məmmədov konfransda çıxışı zamanı bildirib ki, Bakıda təşkil olunan Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları Konfransı və Sərgisində (“WCO IT/TI Conference & Exhibition”) sərhəd idarəçiliyinin, beynəlxalq ticarətin təhlükəsizliyinin və dayanıqlığının təmin edilməsi kimi vacib məsələlərin müzakirəsi aparılacaq.

Tədbirdə həmçinin Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Koreya Gömrük Xidməti İnformasiya və Beynəlxalq Məsələlər İdarəsinin baş direktoru Taeil Kanq və ÜGT-nin baş katibi Kunio Mikuriya istirak edir.

Novruz Məmmədov bildirib ki, Azərbaycan beynəlxalq təşkilatlarla, o cümlədən, Ümumdünya Gömrük Təşkilatı ilə fəal əməkdaşlıq edir:

"Ümumdünya Gömrük Təşkilatının potensialının gücləndirilməsi üzrə Avropa regional ofisinin ölkəmizin paytaxtında yerləşməsi, eləcə də, Azərbaycanın ÜGT-nin Avropa regionu üzrə sədr müavini vəzifəsinə seçilməsi əməkdaşlığımızın yüksək səviyyəsini də göstərir. Ümumdünya Gömrük Təşkilatının bu mötəbər tədbirinin Bakı şəhərində keçirilməsi təqdirəlayiq haldır. Ümumiyyətlə, Bakı son illər mədəniyyət, idman, energetika, nəqliyyat və digər müxtəlif sahələrdə mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Buna görə də bu konfransın Bakıda keçirilməsi ölkəmizin mötəbər tədbirlərə ev sahibliyi etməsindəki qazancın, xüsusi etimadın göstəricisidir. Azərbaycan Respublikası əlverişli coğrafi mövqedə, beynəlxalq nəqliyyat dəhlizlərinin və informasiya magistrallarının kəsişdiyi məkanda yerləşir”.

Novruz Məmmədovun sözlərinə görə, son illər respublikamız bu sahədə öz rəqabət qabiliyyətliliyini yüksəltmək məqsədilə böyük sərmayələr qoyur, regionda və ölkə daxilində irimiqyaslı infrastruktur layihələrini həyata keçirir. 2008-ci ildən etibarən isə Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması ilə bağlı işlərə başlanılıb. Baş nazir dedi ki, artıq Azərbaycan müxtəlif təyinatlı 3 peykini orbitə çıxarıb və Dünya Kosmik Ölkələr Klubunun üzvüdür.

Sonra Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev çıxış etdi.

O dedi ki, bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi, gömrük işinin müasir idarəçilik prinsiplər əsasında təşkili istiqamətində dəmühüm nailiyyətlər əldə olunub:

“Bu gün Ümumdünya Gömrük Təşkilatının (WCO) ən böyük tədbirinin "İnformasiya Texnologiyaları və İnnovasiyalar Konfrans və Sərgisinin" Bakıda keçirilməsi heç də təsadüfi deyil. İlk dəfə olaraq həm özəl, həm də dövlət sektorunu öz nəzdində tutmuş təşkilat iki tədbiri - informasiya texnologiyaları konfransı və sərgisini, texnologiyalar və innovasiyalar forumunu birləşdirərək vahid bir tədbir çərçivəsində təşkil edir. Belə bir yeniliyə məhz Bakıda keçirilən tədbirdə imza atılması ölkəmizin mötəbər tədbirlərə ev sahibliyi etməsindəki qazandığı xüsusi rəğbətin və etibarın göstəricisidir". SMART sərhədlər üzrə yeni texnologiyalar, ticarət, səyahət və daşımalar üçün yeni imkanlar mövzusunda keçirilən konfransda beynəlxalq ticarətin təhlükəsizliyini və dayanıqlığını təmin etmək məqsədi ilə gömrük işi sahəsində blokçeyn texnologiyalarından, süni intellektdən istifadə kimi məsələlər ətrafında maraqlı müzakirələr aparılacaq, tətbiq edilə biləcək ən müasir texnoloji həllər barədə təqdimatlar keçiriləcək”.

Səfər Mehdiyev həmçinin prezident İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq, gömrük orqanlarında şəfffaflığın təmin olnması istiqamətlərində mühüm addımlar atıldığını da qeyd etdi.

Eyni zamanda konfransda fəxri qonaq qismində iqtisadiyyat üzrə Nobel mükafatı laureatları Erik Maskin və Edvard Preskot da çıxış etdilər.

Qeyd edək ki, Ümumdünya Gömrük Təşkilatının (ÜGT)"İnformasiya Texnologiyalarl,Texnoloju İnovasiyalat Konfransl və Sərgisi öz işini 3 gün davam etdirəcək.

Gülnarə ƏMİRQIZI

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Baydenin səhhətində problemlər yaranıb
Son xəbərlər
Bütün xəbərlər »