Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Meksikada jurnalist qadını öldürdülər - Foto

Meksika jurnalistlər üçün ən arzuolunmaz ölkələrdən biridir. Hər il burada KİV nümayəndələri qətlə yetirilir.

Bizimyol.info xəbər verir ki, Meksikada yenə jurmalist öldürülüb. Norma Sarabiyanı iki silahlı şəxs qətlə yetirib. Uimanigilyo rayonunda jurnalist qadını güdən cinayətkarlar işini qüsursuz görüb. Onları ələ keçirmək mümkün olmayıb.

Norma Sarabiya Norma Sarabiya

Cinayətin motivləri hələ müəyyənləşməyib. Sarabiya “Tabasco Hoy” əyalət qəzetində işləyirdi.

İnsan haqları üzrə milli komissiyanın hesabatına görə, 2000-ci ildən bəri Meksikada 145 KİV nümayəndəsinin həyatına son qoyulub. “Sərhədsiz reportyorlar” təşkilatı Latın Amerikası ölkəsində təkcə keçən il 9 jurnalistin öldürüldüyünü bildirir.

Son xəbərlər
Bütün xəbərlər »