Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ramos toyuna kimləri çağırdı... – Şakira da gələcək

Madrid “Real”ının və İspaniya milli komandasının futbolçusu Serxio Ramos evlənir. Təcrübəli oyunçu sevgilisi Pilar Rubio ilə toyunu iyunun 15-nə təyin edib.

Bizimyol.info xəbər verir ki, nikah Sevilya kafedral kilsəsində bağlanacaq. Toyda “Real”ın, demək olar, əksər futbolçuları iştirak edəcək. Ramos Lukas Vaskesə, Keylor Navasa, Luka Modriçə ayrıca dəvətnamə göndərib. İspaniya milli komandasında birlikdə forma geyindiyi “Barselona”lılar – Xordi Alba, Serxi Buskets və Pike də toya gələcək. Onlar şadlıq mərasimində həyat yoldaşları ilə birlikdə iştirak edəcəklər. Deməli, Şakira da toyda olacaq.

Zinəddin Zidan Zinəddin Zidan

Sözsüz ki, “Real”ın prezidenti Florentino Pereslə baş məşqçi Zinəddin Zidan da orada olacaq. İspaniya milli komandasının keçmiş baş məşqçisi Visente del Boske də gələcək.

Visente Del Boske Visente Del Boske | Foto: Getty Images

Serxio Pilarla yeddi ildir münasibətdədir. Onların üç övladı var.

Son xəbərlər
Bütün xəbərlər »