Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransa Dağlıq Qarabağ separatçıları ilə əlaqələri tamamilə kəsir

Fransanın Cercy-Pontoise inzibati məhkəməsinin bu ölkənin Arnuvil şəhəri və 1992-ci ildən bəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan Martuni (Xocavənd-red.) bölgəsi arasındakı "Dostluq Bəyannaməsi”ni ləğv edəndən sonra Grenobl inzibati məhkəməsi də oxşar qərar verib.

Virtualaz.org-un fransız dilində çıxan Nouvelles Armenie nəşrinə istinadən verdiyi məlumata görə, Grenobl inzibati məhkəməsi Dağlıq Qarabağdakı işğalçı kukla rejimi nümayəndələrinin Fransada kommunalarla imzaladığı daha dörd "dostluq nizamnaməsi"ni ləğv edib.

Virtualaz.org-un daha əvvəl yazdığı kimi, Arnuvil şəhərinin meri rəsmi səlahiyyət həddini aşmaqda və mərkəzləşdirilmiş əməkdaşlığı tənzimləyən qanunları pozmaqda təqsirli bilinib.

Qrenobl inzibati məhkəməsi tərəfindən göstərilən arqumentlər, demək olar ki, eynidir: belə xartiyalar Fransanın xarici siyasətinə ziddir və heç bir gücə malik deyil.

Son xəbərlər
Bütün xəbərlər »