Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskvada kütləvi etiraz aksiyası - Foto - Video

Moskvada jurnalist İvan Qolunovu dəstəkləmək üçün bu günə təyin olunmuş kütləvi etiraz aksiyası baş tutub. Polis aksiya iştirakçılarını saxlayıb.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, azı 35 nəfər saxlanılaraq polis şöbələrinə aparılıb. Onların arasında “Meduza”, “Kommersant” nəşrlərinin, “Dojd” telekanalının, “Reuters” agentliyinin əməkdaşları və Rusiyanın “əsas müxalifətçisi” Aleksey Navalnı da var.

Moskva da etiraz aksiyasi

Saxlanılanlardan biri – “Vedomosti” qəzetinin müxbiri Vitali Petlevoy bildirib ki, Trubnaya meydanında yeməyə gedərkən tutulub. Saxlanılmanın səbəbi jurnalistə izah olunmayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları marşın keçiriləcəyi Myasnitskaya küçəsinə gedən yolu bağlayılblar. Aksiya iştirakçıları başqa küçələrdən keçməyə çalışırlar.

“Qovorit Moskva” xəbər verir ki. yürüş iştirakçıları Moskva polisinin inzibati binasına tərəf gedərək, Qolunovun tutulmasında günahı olan polis əməkdaşlarının cəzalandırılmasını tələb edirlər.

Rusiya paytaxtının polisi məlumat verib ki, saxlanılanlar barədə informasiya yoxdur.

Xatırladaq ki, “Meduza” nəşrinin əməkdaşı İvan Qolunov narkotiklərin yayılması ittihamı ilə saxlanılmışdı. İctimaiyyətin və jurnalistlərin misli görünməmiş təzyiqi altında məhkəmə jurnalisti ev dustaqlığına məhkum etmişdi. Lakin dünən Rusiyanın daxili işlər naziri çıxış edərək, Qolunovun işinə xitam verildiyini bildirmişdi.

Paylaş »
››› Hərbi qulluqçulara yeni qadağalar tətbiq olunacaq: "Çox böyük zərər gördük"
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Dərmanların təsiri niyə azalıb? - Mütəxəssisdən cavab
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› Azərbaycanda uşaqlara hansı müavinətlər nəzərdə tutulur - Xəbəriniz olsun!
››› “Ağrı dağında Azərbaycanı təhlükədən qorumaq üçün müdafiə sistemi qurulmalıdır” – Ahmet Öven
››› Ağır dərs yükü, əlavə repetitor: “Nazirlikdə daxili qarşıdurma qaldıqca belə də olacaq”
Son xəbərlər
Bütün xəbərlər »