Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Osaka Trampla Xameneinin görüşünü təşkil etmək istəyir

Yaponiyanın Baş naziri Sindzo Abenin son 41 ildə ilk dəfə İrana səfərinin əsl məqsədi İslam Respublikasının ali rəhbəri ayətullah Əli Xameneini iyun ayında Osaka şəhərində keçiriləcək "Böyük iyirmilik" (G20) sammitinə gətirmək və onun ABŞ Prezidenti Donald Tramp ilə danışıqlarını təşkil etməkdir.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə vəziyyətlə tanış olan mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, bu görüş baş tutarsa, ən əhəmiyyətli siyasi hadisə olacaq.

O qeyd edib ki, son 41 il ərzində ilk dəfə baş tutan səfərin belə tələsik hazırlanması da məhz bununla bağlıdır.

Yaponiya Baş naziri Sindzo Abenin İrana səfəri iyunun 12-dən14-dək davam edəcək. Tehrana gəldikdən sonra baş nazir ölkə Prezidenti Həsən Ruhani, cümə axşamı isə Əli Xamenei ilə görüş keçirəcək.

Son xəbərlər
Bütün xəbərlər »