Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qvardiola "Yuventus"un təklifinə cavab verdi

“Yuventus”un baş məşqçi postuna namizədlər arasında “Mançester Siti”yə rəhbərlik edən Xosep Qvardiolanın da adı hallanırdı. Amma katalon mütəxəssis İtaliya klubuna “yox” deyib.

Bizimyol.info xəbər verir ki, Qvardiola “Yuventus”un çox sərfəli təklifini qəbul etməyib. Bu haqda “Eurosport” məlumat verib. “Yuventus” ona ildə 20 milyon avro ödəməyə hazırdır. Qvardiola isə İtaliya çempionatında işləmək istəmədiyini bildirib.

Avroliqa Bakı finalı, Mauritsio Sarri Avroliqa Bakı finalı, Mauritsio Sarri

Böyük ehtimalla “Yuventus”un baş məşqçi postuna Mauritsio Sarri gələcək. İndi “Çelsi”də işləyən italyan mütəxəssisin gələn həftə Turinə yola düşəcəyi deyilir.

Qvardiola “Mançester Siti”də 2016-cı ildən işləyir. Bundan əvvəl “Barselona”nın və “Bavariya”nın baş məşqçisi olub.

Son xəbərlər
Bütün xəbərlər »