Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Meşədə narkotik bitkilər becərən saxlanılıb
narko

İsmayıllı rayonunda meşə zolağında narkotik xassəli bitkilər becərən şəxs saxlanılıb.

Bu barədə "Report"a DİN Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Quşencə kəndindəki meşəlik ərazidə aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 7 ədəd çətənə bitkisi aşkar edilib. Davam etdirilən tədbirlər zamanı orada narkotik tərkibli bitkiləri əkib-becərən şəxsin rayonun Quşencə kənd sakini, əvvəllər məhkum edilmiş 48 yaşlı Arif Qarayev olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Dindirilmə zamanı həmin çətənə bitkilərinin onun tərəfindən yetişdirildiyini etiraf edib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Paylaş »
››› İyulun 20-dək fəaliyyətinə icazə verilən sahələr
››› Professor ikinci və daha qorxunc dalğanın nə zaman başlayacağını açıqladı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Həkim: "Sağ qalsam, bir azərbaycanlıya pulsuz xidmət etməyəcəm"
››› BDU-nun daha bir tanınmış müəllimi vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »