Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alimlərdən xəbərdarlıq: "Əsla başqası olmaq istəməyin"

Psixoloji əhval-ruhiyyə yoluxucudur, xüsusilə uzun ünsiyyət vaxtı. Məsələ ondadır ki, beyində empatiya üçün cavab verən, bizə özünü başqa insanın yerinə qoymağa icazə verən və güzgü adlandırılan neyronlar var. Bu qabiliyyət faydalı olsa da, mənfi tərəfləri də istisna deyil. Axı biz yalnız yaxşı xəbərləri deyil, pis hadisələri də paylaşırıq.

Publika.az bu dəfə oxucuları neqativ duyğuların ətrafa təsiri ilə tanış edib.

Neqativdən neqativ doğur

Özümüz etiraf etməsək də, İndiana ştatının Universiteti müəyyən edib ki, başqalarının fikir və hərəkətləri bizim qərarlarımıza birbaşa təsir edir. Psixoloqlar bu qənaətə gəlib ki, neqativ fikirlər daha çox təsir gücünə malikdir, nəinki pozitiv.

Sınağın gedişatında iştirakçılar müxtəlif məhsulları qiymətləndirib. Sonra isə öz cavablarını başqaları ilə bölüşüblər. Alimlər aşkar edib ki, mənfi cavablar başqalarının məhsula olan münasibətinə sürətlə təsir edib. Əgər cavab əvvəlcə pis olubsa, onda fikir mübadiləsindən sonra reaksiya daha da kəskinləşib. Müsbət cavablar da öz növbəsində sürətlə öz yerini mənfiyə dəyişib.

Bundan başqa mənfi cavablar verən insanlarla ünsiyyət quran iştirakçılar daha çox neqativə köklənib. Nəticə birmənalıdır: neqativdən neqativ doğur.

Kədər virus kimi yayılır

Harvard Universitetinin psixoloqları emosional vəziyyətlə münasibətlərin arasında əlaqəni öyrənib. Onlar qəfil hiss etdiyimiz və başqaları ilə bölüşdüyümüz təbii emosiya partlayışlarını deyil, duyğusal durumumuzun sevdiklərimizin psixologiyasına təsirini araşdırıb. Alimlər aşkar edib ki, emosiyaların ətrafa yayılması virus infeksiyalarının yayılması ilə oxşardır. Üstəlik kədər sevincdən daha tez ötürülür. Başqa sözlə, şən dost bizim sevincimizi 11% yüksəldir, halbuki bədbəxt yoldaş bədbəxtliyimizi iki dəfə gücləndirir.

Psixoloqlar qriplə neqativ emosiyaları da müqayisə edib: yoluxmuş dostlar nə qədər çoxdursa, xəstələnmək ehtimalı bir o qədər yüksəkdir.

Pis əhval-ruhiyyə yoluxucudur

Biz pis əhval-ruhiyyə və qəzəbi dərhal sezirik, beynimiz bu təzahürlərə çox qəribə formada reaksiya verir. Hər bir ünsiyyət bizim tərəfimizdən kobudluq kimi qəbul edilməyə başlayır, dolayısı ilə özümüz də pis əhval-ruhiyyənin toruna düşürük.

Növbəti sınağı Florida Universitetinin psixoloqları aparıb. Onlar iştirakçılardan tərəf müqabili ilə kobud danışmağı xahiş edib. Məlum oldu ki, kobudluqla rastlaşan tərəf partniyoruna daha çox kobudluq etməyə başlayıb. Üstəlik aqressiv əhval-ruhiyyə bəzən bir həftə davam edib.

Belə çıxır ki, başqalarının bizə yüklədiyi xüsusilə də, mənfi duyğuların təsirinə daha çox məruz qalırıq. Odur ki, özünüzü pozitiv insanlarla mühasirəyə almağa dəyər.

İstəsəniz də, istəməsəniz də ətrafdakıların əhval-ruhiyyəsi sizə ötürülür və davranışlarınıza təsir göstərir. Bu baxımdan mənfi insanların çox yaxınlaşmasına imkan verməmək vacibdir.

Neqativlə daimi əlaqənin bəhrəsi də kədərli meyvələri gətirəcək, odur ki, sizə müsbət təsir edən adamlarla ünsiyyətə can atın. Əlbəttə ki, siz də öz növbənizdə başqalarını yalnız pozitivlə yükləməlisiniz.

Neqativlə rastlaşanda müsbət cavab verməyə çalışın. Bəli, pozitiv emosiyalar o qədər yoluxucu deyil, amma pis əhval-ruhiyyədə insan üçün edə biləcəyimiz ən yaxşı iş budur!

Son xəbərlər
Bütün xəbərlər »