Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əmrə Belözoğluna mikrofon əvəzinə tualet fırçası uzadan azarkeş üzr istədi - Video

2020-ci il futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində dördüncü oyununa çıxmaq üçün İslandiyaya gedən Türkiyə yığmasının futbolçuları gözlənilməz hadisələrlə qarşılaşıb. Komanda altı saatdan çox təyyarə ilə uçduqdan sonra üç saat aeroportda gözlədilib. Bunun səbəbi komandaya açıqlanmayıb.

Üstəlik jurnalistlərə açıqlama verən Türkiyə milli komandasının kapitanı Əmrə Belözoğluna islandiyalı fanatlardan biri mikrofon əvəzinə tualet fırçası uzadıb.

Bu gün Əmrə Belözoğluna tualet fırçası uzadan belçikalı Corentin Siamang Türkiyə milli komandasının paltarını geyib və “Ən böyük Türkiyə” deyə bağırıb. Bu görüntülər sosial şəbəkələrdə paylaşılıb. (Oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »