Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ayının pəncəsindən xilas olmaq üçün heyvanın dilini dişlədi

Vəhşi heyvanın hücumu zamanı sağ qalmaq üçün hər yola əl atmaq olar. Rusiyanın Tuva respublikasının sakini ağlasığmaz metoddan istifadə edib. O, ayının dilini dişləyib.

Bizimyol.info xəbər verir ki, hadisə üç kişi qoruq ərazisində maral buynuzu axtararkən baş verib. Onlardan biri – Nikolay İqrit dostlarından ayrı düşüb, ayı ilə üzləşib. Vəhşi heyvanla əlbəyaxa zamanı onun pəncəsindən yaxa qurtarmaq üçün yırtıcının dilini dişləyib. Bundan sonra ayı oradan qaçaraq uzaqlaşıb.

Nikolay dərhal dostlarını köməyə çağırıb. Dostları təcili tibbi yardıma zəng vurub. İqrit üzündən, başından, əlindən və qarnından xəsarət alıb.

Son xəbərlər
Bütün xəbərlər »