Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Hər şeyin Rusiyadan asılı olduğunu demək yanlışdır”

Bu gün keçirilmiş mətbuat konfransında Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib ki, Rusiya Qarabağda münaqişənin qızışdırılmasının əleyhinədir, lakin tənzimlənmə prosesində son söz münaqişə tərəflərinə məxsusdur.

“Biz kəskinləşmənin olmamasının tərəfdarıyıq, istəyirik ki, dayanıqlı danışıqlar prosesi baş tutsun”, - Kopırnik bugünkü konfransda bildirib.

Diplomat qeyd edib ki, son qərarı münaqişə tərəfləri verməlidirlər.

“Rusiyanın roluna balanslaşdırılmış şəkildə yanaşmaq lazımdır. Bizim vəzifəmiz ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, strateji tərəfdaş kimi əlimizdə olan mexanizmlərlə dəstək verməkdir. Hər şeyin Rusiyadan asılı olduğunu demək yanlışdır”, - Kopırkin bildirib.

Son xəbərlər
Bütün xəbərlər »