Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Nar” tələbələrin karyera qurmalarına dəstək olmaqda davam edir

“Nar” tələbələrin öz ixtisasları üzrə uğurlu karyera qurmalarına və peşəkar inkişafına kömək etmək məqsədilə növbəti karyera sərgisində iştirak edib. Mobil operator Azərbaycan Respublikası Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi, UNEC-in təşkilatçılığı ilə "Gənclər üçün Əmək Yarmarkası - 2019" da iştirak edib.

“Nar” tələbə, magistr, məzunlar, eyni zamanda əlilliyi olan şəxslər üçün satış, müştəri dəyərinin idarəedilməsi və digər vakant vəzifələrinə sənəd qəbulu təşkil edib. Bundan başqa, mobil operator universitetin tələbə və məzunlarına uğurlu karyera barədə məsləhətlər verib. “Nar” təmsilçiləri ilə birbaşa ünsiyyətdə olan tələbələr karyera imkanlarını dəyərləndirmək, həmçinin bu şirkətlərin təcrübə proqramlarında iştirak barədə məlumat əldə etmək imkanı qazanıblar.

Nar mobil rabitə

Gənclərin məşğulluğunun təmin edilməsinə dəstək göstərmək məqsədilə təşkil olunan yarmarkada 50-yə yaxın şirkət və qurum iştirak edib. Karyera sərgisinin keçirilməsində məqsəd, gənclərin məşğulluğunun təmin edilməsinə dəstək göstərmək, iş imkanlarını genişləndirmək, iş təcrübəsi olmayan gənclər üçün karyera fürsəti yaratmaqdır.

Qeyd edək ki, gənclərə dəstək və iş imkanlarına çıxışın təmin edilməsi “Nar”ın korporativ sosial məsuliyyət (KSM) strategiyasında yer alan istiqamətlərdən biridir. “Nar”ın davamlı olaraq həyata keçirdiyi KSM layihələri haqqında ətraflı məlumatı nar.az saytından əldə etmək olar.

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› "Yer yarıldı" - çinli qadın marketə düşdü - Video
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Dövlət qurumlarının "əsir" götürdüyü şəhər...
Son xəbərlər
Bütün xəbərlər »