Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dolların bahalaşacağı proqnozlaşdırılır

Beynəlxalq maliyyə bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin 0.4%-ə kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.

Qlobal ticarət böhranının həllinə dair müsbət açıqlamalar, Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşmasına təsir edə biləcəyi proqnozlaşdırılır.

Amerikanın bazar ertəsi tətbiqi gözlənilən Meksika məhsullarına qarşı idxal rüsumlarının 5%-ə kimi artırılması qərarının ərtələnməsi, Meksika hökümətinin isə qanunsuz miqrantlara qarşı tədbirlərini gücləndirəcəklərinə dair açıqlamaları bu qəbildən olan müsbət xəbərlərdir. Bununla yanaşı, ABŞ prezidenti Donald Tramp da Çin ilə ticarət sazişi fonunda razılığın əldə olunması ilə bağlı ümidli olduğunu açıqlayıb.

Foreks bazarlarıda dolların qiymətləri may ayının minimum səviyyələrində ticarət olunur və cari səviyyələrdən dəstək görərək, 0.3% bahalaşa bilər.

EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 1.12 və 1.26$-a kimi ucuzlaşa bilər.

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 12:30-da İngiltərənin əmək bazarı və saat 16:30-da Amerikanın istehsal qiymətləri indeksi ilə bağlı önəmli fundamental məlumatlar da açıqlanacaqdır. (marja.az)

Paylaş »
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› Ulduz  falı: 06 dekabr, 2021-ci il – Qazanclı sövdələşmələr, yaxşı alışlar mümkündür
››› Ermənistan 10 hərbçisini geri alaraq mina xəritələrini verib
››› Bakı metrosunda qatar stansiyaya daxil olarkən sərnişin relsin üstünə düşüb
››› Partlayışın nüvə obyektləri ilə heç bir əlaqəsi yoxdur
Son xəbərlər
Bütün xəbərlər »