Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təhsil sisteminin bərbad olası nəticədir, səbəb isə...

Təhsil istənilən dövlətin ən vacib, hətta varolma məsələsidir. İnkişaf etmiş ölkələrdə Ali Təhsilli vətəndaş öz iş həyatında ortalama ölkəsinə 1 mln. dollar qazandırır. Söhbət tək vergilərdən getmir, savadlı vətəndaşların iqtisadi təşəbbüskarlığı, elmi kəşvləri, yeni ideyaları ölkələrə pul qazandırlr, dövlətləri inkişaf etdirir.

Azərbaycanda təhsil sistemi bərbaddır, amma bu nəticədir, zatən belə sistemdə yaxşı təhsil sistemi ola bilməz. Çünki məmləkətdə iqtisadi azadlıqlar və təşəbbüskarlıqlar boğulur, son elmi "kəşv" isə Məşədi İbad rəqsi ifa edən robot olub - elə oyuncaqları Çində kütləvi istehsal edib 30 dollara satırlar.

Təhsilin keyfiyyəti həm də əmək bazarından asılıdır, şirkətlərin rəqabətli mühitdə çalışmasına bağlıdlr.

Bu gün bir nəfər şagirdin 1-ci sinifdən 11-ci sinfə qədər oxumasına büdcədən ildə 1100 manat, cəmi 12100 manat pul ayrılır, şagird Ali Məktəbin pulsuz təhsilinə düşsə (söhbət savadlı şagirdlərdən gedir) ildə büdcədən 2300 manat, yəni 4 ilə 9200 manat pul sərf edilir. Deməli, büdcə 1 mütəxəssis gedişdirmək üçün 21300 manat pul xərcləyir. Ölkədə hamı dövlət - hökumət işi istəyir, çünki sabit və babat maaşı var, hamı məmura hörmət edir, arada "çax-çux" şansı da yaranlr. Həmin tələbə Universiteti bitirir, qohum-əqraba dəstəyi ilə nazirliklərin birinə işə düzəlir, təqaüd yaşına qədər işləsə büdcədən 40 ilə (orta aylıq maaşı götürsək) 300 min maaş alır. Beləliklə, 1 yaxşı oxuyan şagird-tələbə dövlət büdcəsinə 325000 manata başa gəlir, iş həyatı zamanı heç nə istehsal etmir, maddi nemət və əlavə dəyər yaratmır.

Ölkədə rəsmi çalışanların sayı 1 mln. 580 mindir, bunun 900 mini məhz büdcənin üzərində oturublar, hələ 1 mln. 300 min də təqaüdçü var, onları da nəzərə alsaq, məmləkətin neft sahəsində tər tökən cəmi 60 min insandan asılı olduğu üzə çıxacaq - bir tək onlar Allahın verdiyi və YAP-ın dağıtdığı maddi nemət istehsal edib məmləkəti saxlayırlar.

İqtisadi anatomiyası belə olan sistemdə təhsil inkişaf edə bilməz, bu mümkün deyil. Belə...

Son xəbərlər
Bütün xəbərlər »